Ağstafada maşın aşdı, üç gənc yaralandı

agstafada-masin-asdi-uc-genc-yaralandi
Oxunma sayı: 1345

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb. 

Minik maşınının yoldan çıxaraq aşması nəticəsində avtomobildə olanlar - 2005-ci il təvəllüdlü Əhmədli Aqşin Habil oğlu, Əhmədli Həsən Gülağa oğlu və 2005-ci il təvəllüdlü Əhmədli Jalə Pərviz qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev