Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanıldı

agsuda-mese-yanginina-sebeb-olan-sexs-saxlanildi
Oxunma sayı: 496

Sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 30 hektar ərazidə ağac və kol-kos yanıb.

Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.