Aİ Azərbaycan və Ermənistana sülhlə bağlı çağırış etdi

ai-azerbaycan-ve-ermenistana-sulhle-bagli-cagiris-etdi
Oxunma sayı: 2176

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında davamlı sülhün əldə edilməsinə dəstəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Aİ-nin oktyabrın 26-da və 27-də keçirilən iclasında qəbul edilmiş yekun sənəddə yazılıb.

“Aİ Brüsselin normallaşma prosesini dəstəkləyir və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır”, - sənəddə qeyd olunub.