Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-29-da Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Paşinyan jurnalistlərlə söhbəti zamanı deyib.
“Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək”, - o qeyd edib.
Paşinyan əlavə edib ki, aprelin 1-də Moskvada keçirdiyi görüşdə qərarını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. O, Qazaxıstan lideri Kasım-Jomart Tokayevə də məlumat verib.
Son xəbərlər
Son Xəbərlər