Aİ Rusiyanın aktivlərini yalnız bu halda donduracaq

ai-rusiyanin-aktivlerini-yalniz-bu-halda-donduracaq
Oxunma sayı: 1955

Avropa İttifaqı (Aİ) Rusiyanın aktivlərini yalnız Ukraynaya kompensasiya ödədikdən sonra donduracaq.

“Qafqazinfo” xəbər verir ki, bu şərti Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis açıqlayıb:

“G7 səviyyəsində Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı müzakirələr davam edir. Artıq G7 səviyyəsində qərara alınıb ki, təzminatlar ödənilənə qədər aktivlər dondurulacaq”.

Rəsmi əlavə edib ki, Avropa Komissiyası ümid edir ki, Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı qərar qəbul edəcək, çünki Ukraynanın bu pula indi ehtiyacı var.