Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı

albaniya-azerbaycan-matcinin-saati-ve-mekani-aciqlandi
Oxunma sayı: 3175

Azərbaycan millisinin iyunun 7-də Albaniya yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq görüşünün məkanı və başlama saatı müəyyənləşib. 

“Qafqazinfo” AFFA-ya istinadən xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, matç  Macarıstanda “Haladas SportKomplexum” stadionunda olacaq.