İlham Əliyevdən Slovakiyanın Baş nazirinin güllələnməsinə - Reaksiya

ilham-eliyevden-slovakiyanin-bas-nazirinin-gullelenmesine
Oxunma sayı: 6906

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb.

“Qafqazinfo”  xəbər verir ki, dövlət başçısı bu barədə X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”.