Fitsoya sui-qəsd edən şəxsin 71 yaşlı yazıçı olduğu məlum olub - Yenilənib

fitsoya-sui-qesd-eden-sexsin-71-yasli-yazici-oldugu-melum-olub
Oxunma sayı: 2867

Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo” “Dennik. N” nəşrinə istinadən xəbər verir ki, onun Leviçe şəhərindən olan 71 yaşlı kişi olduğu bildirilir.

Məlumata görə, həmin şəxs əlində olan qısa lüləli tüfəngdən atəş açıb.

Polis sui-qəsddən sonra onu saxlayıb.

***

Yerli nəşrin məlumatına görə, şübhəli şəxs yazıçı və şair, DÚHA ədəbi klubunun yaradıcılarından biri, Proqressiv Slovakiya partiyasının tərəfdarı Yuray Çintuladır.

Ölkənin hüquq-mühafizə orqanları hələ ki, hücum edən şəxslə bağlı rəsmi məlumat verməyib.