68 yaşlı rusiyalı milyarder Alişer Usmanov və bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner-Usmanova boşanmaq qərarına gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məhkəmə iyunun 7-si tərəflərin boşanması məsələsini nəzərdən keçirəcək.
Bildirilir ki, bu məsələdə iddiaçı olaraq Alişer Usmanov çıxış edir.
Qeyd edək ki, İrina Viner-Usmanovanın 73 yaşı var. Cütlük təqribən yarım əsr birlikdə yaşayıb. Onlar bu dövrün 30 ilini qanuni nikahla evli olublar.