Alyaskanın cənub-qərb sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təşkilatın məlumatına görə, yeraltı təkanlar 100-ə yaxın insanın yaşadığı Çiqnik şəhərindən 106,4 km aralıda qeydə alınıb.
Zəlzələnin ocağı 77 km dərinlikdə yerləşib.
Son xəbərlər
Son Xəbərlər