AMB bundan sonra İran rialının məzənnəsini açıqlamayacaq

amb-bundan-sonra-iran-rialinin-mezennesini-aciqlamayacaq
Oxunma sayı: 1986

Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya AMB-dən məlumat verilib.

Bildirilib ki, İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən 1 oktyabr 2025-ci ildən İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb.

Qeyd edilib ki, analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər.