Niderlandın paytaxtı Amsterdamda yəhudi məktəbində partlayış baş verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə martın 14-nə keçən gecə qeydə alınıb.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələ məlumat yoxdur.
Bununla belə, partlayışın məktəbə ciddi zərər vurduğu qeyd olunub.
***
Baş verən partlayışa görə məsuliyyəti radikal təşkilat olan “Sağçı İslam Gənclər Hərəkatı” (Islamic Movement of Right-Wing Youth) öz üzərinə götürüb.
Son xəbərlər
Son Xəbərlər