Ana və azyaşlı uşaqları öldü, əri ilə oğlu sağ qaldı - Salyanda ailə faciəsi - Video

ana-ve-azyasli-usaqlari-oldu-eri-ile-oglu-sag-qaldi
Oxunma sayı: 10671

Salyan rayonunda ölümlə nəticələnən qəza baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetməni itirməsi nəticəsində kanala aşıb.

İlkin məlumatlara görə, hadisə zamanı bir ailənin 4 üzvü ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri - Məmmədov Aqil Amil oğlu, İsmayılova Nərmin Güləli qızı və onun azyaşlı övladları İ.R. və İ.H. suda boğularaq ölüb.

N.İsmayılovanın həyat yoldaşı Elşən İsmayılov və 3 yaşlı oğlu isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.

Hadisə yerindən görüntüləri təqdim edirik: