ANAMA əməkdaşını Ağdərədə ilan vurdu - Bakıya gətirilir

anama-emekdasini-agderede-ilan-vurdu
Oxunma sayı: 952

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) əməkdaşını Ağdərə rayonunda ilan vurub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Agentliyin əməkdaşı Göyüş Valeh oğlu Mirzəyevi gürzə sancıb.

Zərərçəkənin atası Valeh Mirzəyev saytımıza bildirib ki, sancmadan sonra oğlunun bədənində kəskin allergiya yaranıb və o, hazırda təcili tibbi yardım avtomobili ilə Bakıya gətirilir.