Braziliya milli komandası yeni baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında ilk qələbəsini qazanıb.
“Qafqazinfo” xəbər verir ki, “sambaçılar” DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Paraqvayı 1:0 hesabı ilə məğlub edib.
Komandanın yeganə qolunu 44-cü dəqiqədə Vinisius Junior vurub.
Bu həm də Braziliya yığmasına tarixi uğurunu davam etdirməyə imkan verib. Onlar bütün dünya çempionatlarının final mərhələsində iştirak edən yeganə komanda olaraq qalacaqlar.
Son xəbərlər
Son Xəbərlər