Antiterror tədbirlərində şəhid olanların ailələrinə ödənişlər verilir

antiterror-tedbirlerinde-sehid-olanlarin-ailelerine-odenisler-verilir
Oxunma sayı: 2062

“Antiterror tədbirlərində şəhid olan hərbi qulluqçular və DİN əməkdaşlarının ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb”.

“Qafqazinfo xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu ödənişlərin aparılması üçün sənədlər Fond əməkdaşları tərəfindən toplanıb: “Ödənişlər operativ şəkildə təyin olunub. Dövlət icbari şəxsi sığorta ödənişləri 70-80 faiz təyin olunub”.

Sədrin sözlərinə görə, vərəsəlik işləri bir qədər müddət alır. Şəhadətnamələr sənədlər verildikdən sonra bu ödənişlər də icra olunacaq.

“Pensiya təyinatı məqsədilə bağlı məlumat vərəqələri aidiyyəti dövlət orqanları tərəfindən göndərilməlidir. Bunların bir qismi göndərilib. Digər qismi də göndərildikcə, qısa müddətdə pensiyaların təyinatı və ödənişləri həyata keçiriləcək”, - Himalay Məmişov əlavə edib.

Gülnar Əliyeva