AQTİ-nin departament direktoru işdən çıxarıldı - Foto

aqti-nin-departament-direktoru-isden-cixarildi
Oxunma sayı: 1128

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda  (AQTİ) departament direktoru işdən çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tərkibində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Xidmətlərin təşkili departamentinin direktoru Ziyabəddin Hüseynov vəzifədən azad edilib.

Eyni zamanda departamentin bir neçə əməkdaşının da işdən çıxarıldığı bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl AQTA-nın Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri Töhfə Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.