“Deməli, Zelenski də orada iştirak etməlidir”

demeli-zelenski-de-orada-istirak-etmelidir
Oxunma sayı: 341

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampa Rusiya lideri Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitinə dəvət edilməsi ehtimalı ilə bağlı şərt irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, Mertsin bu fikirləri səsləndirdiyi çıxışının yazısı yutubda yayımlanıb.

“Əgər Prezident Tramp Rusiya liderini G20 sammitinə dəvət etmək qərarına gələrsə, o zaman biz Ukrayna məsələsini müzakirə etməliyik. Ukraynadan danışırıqsa, deməli, Zelenski də orada iştirak etməlidir”, – deyə kansler bildirib.

Merts əlavə edib ki, əgər Kiyev “danışıqlar masası” arxasında əyləşəcəksə, o zaman Avropa da Ukraynadakı nizamlanma ilə bağlı müzakirələrdə iştirak etməlidir.