İspaniyanın nəqliyyat naziri Oskar Puente bir ildən az müddətdə ölkədə iki ölümcül qatar qəzasının baş verməsindən sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, nazir qərarını parlament üzvləri qarşısında çıxış edərkən açıqlayıb.
“İspaniya kimi bir ölkədə nəqliyyat naziri bir ildən az müddətdə bu miqyasda iki böyük qəzadan sonra vəzifəsinə davam edə bilməz”, - o deyib.
Puente oktyabrın 28-də 69 nəfərin ölümü ilə nəticələnən son qatar qəzasından dərhal sonra istefa vermək qərarına gəldiyini, lakin qəzanın nəticələrini aradan qaldırmaq və oxşar faciələrin qarşısını alacaq tədbirləri görmək üçün bu vaxta qədər gözlədiyini bildirib. Nazir istefa verdiyini elan etsə də, vəzifədən tam ayrılacağı konkret tarixi açıqlamayıb.
Qeyd edək ki, ötən yanvar ayında baş verən digər qatar qəzasında 46 nəfər həyatını itirmişdi.
Son xəbərlər
Son Xəbərlər