“Hyundai”la 56 yaşlı kişini vurub öldürdü

hyundaila-56-yasli-kisini-vurub-oldurdu
Oxunma sayı: 362

Dünən saat 19 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonunun Tircan kəndinin ərazisində ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, İlqar Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada 56 yaşlı Oruc Səfərovu vurub.

O.Səfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.