“Arsenal” Fellainidən gözünü çəkdi

arsenal-fellainiden-gozunu-cekdi
Oxunma sayı: 651

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, klubun rəsmi saytının verdiyi məlumatda qeyd olunur ki, 23 yaşlı oyunçunun əvvəlki müqaviləsi 2013-cü ilin yayına kimi nəzərdə tutulmuşdu. Beləliklə, futbolçunun “Arsenal”a transfer olunacağı ilə bağlı deyilənlər təsdiqini tapmayıb.

2009-cu ildə “Standard Lyej”dən 15 milyon funt-sterlinq müqabilində “Everton”a transfer olunan Fellaini 106 matçda 16 qol vurub. Fellaini Belçika milli komandasında da forma geyir.


Ceyhun Əhmədov