“Assistance Construction”dan dəstək çağırışı - “Artıq 200 ailəyə yardım edilib”

assistance-constructiondan-destek-cagirisi
Oxunma sayı: 1624

Daşınmaz əmlakın tikinti sektorunda uğurlu fəaliyyəti ilə seçilən “Assistance Construction” koronavirusun dünyanı cənginə aldığı bir ərəfədə təqdirəlayiq addım atıb.

“Qafqazinfo” xəbər verir ki, şirkət “Güc birlikdədir!” prinsipini əsas götürərək, dövlətin qəbul etdiyi qərarlara dəstək məqsədilə Pirallahı, Dübəndi bağları, Türkan, Digah, Buzovna və Mərdəkan qəsəbəsində ehtiyacı olan az təminatlı ailələrə və yaşlılara aprelin sonuna qədər ərzaq yardımı ediləcək. Artıq 200 ailəyə birdəfəlik yardım göstərilib. Bu barədə şirkətin rəhbəri Natiq Məmmədov məlumat verib:

“Biz imkan daxilində ehtiyacı olan hər kəsə yardım etməyə çalışırıq. Mən inanıram ki, yardım etmək imkanı olan hər bir vətəndaşımız bu addımı atacaq”.

Qeyd edək ki, şirkətdən bildirilib ki, görülən işlərin ictimailəşdirilməsində əsas məqsəd ehtiyacı olan ailələrə yardımın əhatə dairəsini genişləndirməkdir.