“Atam cənnətə getdi, oradan mənə baxacaq”- - Fotolar

atam-cennete-getdi-oradan-mene-baxacaq-
Oxunma sayı: 6595


“Qafqazinfo” xəbər verir ki, Rusiyada yaşayan Ayşə Muradova dünən Azərbaycana gəldiyini və bu xəbəri eşitdiyini bildirib. “Atam tez-tez zəng vurub səni görmək istəyirəm, darıxmışam Bakıya gəl deyirdi. Dünən axşam anamla Bakıya gəldim. Evdə idik. Axşam zəng vurub dedilər ki, atam qəzaya uğrayıb xəstəxanaya aparıblar. Gecə xəstəxanaya atamın yanına gəldik. Əlimi sinəsinə qoyub yalvardım ki, gözlərini açsın. Tez-tez nəfəs almağa başladı amma gözlərini açıb məni görmədi. Həkimlər anamla məni otaqdan çıxartdılar. Amma mən bilirəm atam cənnətə getdi, oradan mənə baxacaq”.

Qeyd edək ki, mərhumun meyidi dəfn edilməsi üçün ailəsinə təhvil verilib. Əməkdaşımıza verilən məlumata görə, dəfn mərasimi sabah baş tutacaq.