Atambayev həbsdə qaldı

atambayev-hebsde-qaldi
Oxunma sayı: 1542

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev 7 aprelə qədər həbsdə saxlanılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” Bişkekin Pervomayskiy Rayon Məhkəməsinin ofisinə istinadən məlumat verib.

“Məhkəmə Almazbek Atambayevin həbs müddətini 7 aprelə qədər uzadıb”,- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Almazbek Atambayev kriminal avtoritet Aziz Batukayevin azadlığa buraxılmasında yol verilən korrupsiya əməllərində ittiham edilərək 11 il 2 ay həbs cəzasına məhkum edilmişdi. Lakin daha sonra ölkənin Ali Məhkəməsi aşağı instansiyanın qərarını ləğv edərək işə yenidən baxılması üçün yeni məhkəməyə yönləndirib. Atambayev, həmçinin 2019-cu ilin avqustunda həbsi zamanı baş verən iğtişaşlarla bağlı bir sıra ağır maddələrlə də ittiham olunur.