“Sabah” - “Barselona” oyununun hakimləri açıqlandı

sabah-barselona-oyununun-hakimleri-aciqlandi
Oxunma sayı: 185

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək “Sabah” - “Barselona” (İspaniya) matçına hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” UEFA-ya istinadən xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FİFA referisi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri kimi Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

VAR Endryu Dallasa, AVAR isə Stiven Maklinə həvalə olunub.

Xatırladaq ki, noyabrın 25-i Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” matçı saat 21:45-də start götürəcək.