Xəbər verdiyimiz kimi, Qazaxda 63 yaşlı Yaqub Məmmədov Kürdə batıb.
Onun həyat yoldaşı Gülbəniz Məmmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Y.Məmmədov həm özünün, həm də kənd sakinlərinin heyvanlarını otarırmış.
“Yoldaşım 20 ildir bu işlə məşğuldur. Uşağımızın çörək pulunu bundan çıxardır. Səhər dedim ki, getmə. Kür daşmışdı. Evə qayıdanda çaya düşüb. Nəvəmiz görüb ki, “kömək edin” deyə qışqırır. Kənd əhalisi gələnə kimi artıq batmışdı”, - o vurğulayıb.
Ətraflı videomaterialda:
Yunis Quliyev



Son xəbərlər
Son Xəbərlər