Maşın körpüdən aşdı, ölən və yaralananlar var - Video - Yenilənib

masin-korpuden-asdi-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1732

Tovuzda avtomobil körpüdən aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yanıqpəyə kəndində qeydə alınıb.

İlkin məlumata görə, “VAZ 2106” markalı avtomobil körpüdən aşıb. Qəza zamanı bir nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

***

FH hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ” markalı minik avtomobilinin idatrəetməni itirərək su kanalına düşdüyü və vətəndaşın vəfat edərək avtomobildə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həlak olan sürücü 1961-ci il təvəllüdlü Hüseynov Şakir Şahmalı oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Hadisə nəticəsində ​xəsarət alan şəxslərin kimliyi müəyyən edilib. Bunlar Şəmkir rayon sakinləri - Nuray Elmar qızı Bayramova (2010), Hüseyn Xəyal oğlu Hüseynov (2022), Gədəbəy rayon sakinləri - Aylin Xəyal qızı Hüseynova (2024), Püstə Şəmil qızı Hüseynova (1964) və Xəyal Şakir oğlu Hüseynovdur.

Yunis Quliyev