Sumqayıtda 24 yaşlı qız dəm qazından boğuldu

sumqayitda-24-yasli-qiz-dem-qazindan-boguldu
Oxunma sayı: 215

Sumqayıt şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 23-ü saat 02 radələrində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü şəhər sakini Aygül Elman qızı Əskərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.