Noyabrın 21-i saat 11 radələrində Səbail rayonu ərazisində söküntü sahəsində bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, ərazidəki tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin 1996-cı il təvəllüdlü sürücüsü, Xocalı rayon sakini Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər