“Atamın nəşini gördüm...”

atamin-nesini-gordum
Oxunma sayı: 7661

İranın yeni Ali Lideri Müctəba Xamenei xalqa müraciətində ABŞ-nin hücumu nəticəsində həyatını itirən atası Ayətullah Əli Xamenei barədə açıqlamalar verib.

“Qafqazinfo”nun məlumatına görə, Xamenei atasının ölümündən sonra onun nəşini görmək imkanı əldə etdiyini bildirib.

O deyib ki, gördüyü mənzərə onda dərin təsir buraxıb.

“Şəhadətindən sonra onun nəşini ziyarət etmək imkanım oldu. Gördüklərim güc və mətanət dolu bir dağ kimi idi”, – Müctəba Xamenei söyləyib.

O, atasının sağ əlinin yumruq şəklində sıxıldığını qeyd edib və bunu güclü iradənin rəmzi kimi dəyərləndirib.