“Rus bölməsinin şagirdləri “Azərbaycan tarixi”ndəki terminləri anlamaqda çətinlik çəkirdi”

rus-bolmesinin-sagirdleri-azerbaycan-tarixindeki-terminleri-anlamaqda-cetinlik-cekirdi
Oxunma sayı: 160

“Rus bölməsində oxuyan şagirdlər “Azərbaycan tarixi” dərsliyindəki bəzi terminləri anlamaqda çətinlik çəkirdilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu fizika fənni üzrə dərslik müəllifi Rasim Abdurazaqov “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimdə deyib.

O bildirib ki, “Azərbaycan tarixi” fənni rus bölmələrində də dövlət dilində tədris olunur:

“Fənn üzrə dərslik Təhsil İnstitutunun kuratorluğu ilə hazırlanmayıb, özəl nəşriyyat tərəfindən nəşr olunub. Bununla belə, dərsliyin rus bölməsində pilot tətbiqi və monitorinqi Təhsil İnstitutuna həvalə edilib”.

R.Abdurazaqov qeyd edib ki, monitorinq çərçivəsində Mingəçevir, Gəncə və Ağdaşda dərslərdə iştirak edib. Müşahidələr zamanı rus bölməsində təhsil alan bəzi şagirdlərin “Azərbaycan tarixi” dərsliyindəki ayrı-ayrı termin və ifadələri anlamaqda çətinlik çəkdiyi məlum olub.

Gülnar Əliyeva