Yardımlı Rayon İcra Hakimiyyəti başçısının oktyabr, noyabr və dekabr ayları üzrə rayonun bütün yaşayış məntəqələrini əhatə edən səyyar qəbul qrafiki təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, qrafikə əsasən, cari ilin noyabr ayı ərzində rayon ərazisində ümumilikdə 15 səyyar görüşün keçirilməsi nəzərdə tutulub.
Təsdiq olunmuş qrafikə uyğun olaraq, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov noyabrın 26-da Ərus kəndində Ərus, Məlikli, Mirimli, Şələ, Tahirli, Ərsilə, Eçara, Jiy və Ləzran kəndlərinin sakinləri ilə görüşərək vətəndaşların səyyar qəbulunu keçirib.
150 sakinin iştirak etdiyi qəbulda çıxış edən RİH başçısı Orxan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətindən bəhs edib. O, vətəndaş müraciətlərinin yerində dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin operativ öyrənilməsinin və onların həlli istiqamətində sistemli iş aparılmasının əhəmiyyətini vurğulayıb.
Qəbul zamanı sakinlərin müraciətləri fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, araşdırılması vacib olan digər müraciətlərin icrası ilə bağlı isə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. RİH başçısı hər bir müraciətin diqqətlə araşdırılacağını və nəzarətdə saxlanılacağını bildirib.
Səyyar qəbul başa çatdıqdan sonra RİH başçısı Orxan Məmmədov torpaqlarımızın azadlığı uğrunda şəhid olan Zeynalov Cavid Vaqif oğlunun, Qarayev Amal Ədalət oğlunun və Nəcəfov Alim Bahadin oğlunun məzarlarını ziyarət edib






Son xəbərlər
Son Xəbərlər