“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”.
“Qafqazinfo” xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov bu gün Naxçıvan Ali Məclisinin sədri postundan istefa verən atası Vasif Talıbov haqda danışarkən deyib.
Həmçinin oxuyun: Почему Васиф Талыбов подал в отставку?
Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”.
“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə R.Talıbov “hər kəsin öz işi var”, - deyərək əlavə şərh verməkdən imtina edib.
Son xəbərlər
Son Xəbərlər