“Sea Breeze”də yeni satış ofisinin açılışı münasibətilə keçirilən təntənəli tədbirə “Atəşgah” Sığorta Şirkətinin rəhbər heyəti də dəvət olunub.
Tədbir iki nüfuzlu şirkət arasında mövcud əlaqələrin möhkəmlənməsinə və gələcək əməkdaşlıq perspektivlərinin formalaşmasına zəmin yaradıb.
Şirkətlər gələcəkdə əməkdaşlıq sahəsində əlaqələri dərinləşdirmək, birgə fəaliyyəti artırmaq və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi istiqamətində aktiv addımlar atmağı planlaşdırır.
Tədbirdə, həmçinin “Sea Breeze Resort & Residences” layihəsinin qurucusu və rəhbəri Emin Ağalarov da iştirak edib.


Son xəbərlər
Son Xəbərlər