Avropada qazın qiyməti kəskin ucuzlaşdı

avropada-qazin-qiymeti-keskin-ucuzlasdi
Oxunma sayı: 3335

Bu gün səhər saatlarında kəskin artımdan (hər 1000 kubmetrə görə 1900 dollar -red.) sonra Avropada qazın qiyməti anidən ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, günorta saatlarında qazın qiyməti hər 1000 kubmetrə görə 1499 dollara, qısa müddət sonra isə 1325 dollara enib.

Qeyd edək ki, Avropada yanacaq qiymətləri bu ilin əvvəlindən etibarən artım nümayiş etdirir. Artıq mütəxəssislər sürətli artımın səbəblərinin araşdırılmasını tələb edir.