Avropada qazın qiyməti 1900 dollara çatdı - Yenilənib

avropada-qazin-qiymeti-1900-dollara-catdi
Oxunma sayı: 1548

Avropada qazın qiyməti növbəti dəfə öz tarixi rekordunu yeniləyib.

“Qafqazinfo” bu barədə “ICE” birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata əsasən, oktyabrın 6-sı hərrac zamanı Avropada qazın qiyməti ilk olaraq 1000 kubmetrə görə 1500 dolları, daha sonra isə 1600 dolları ötüb.

Qeyd edək ki, “Şimal axını- 2” qaz kəmərinin birinci xəttinin sınaqlarının başlamasına baxmayaraq, Avropada qaz qiymətləri artır. “Qazprom” isə 2021-2022-ci ilin qışının soyuq və qarlı olacağını gözləyir. Belə ki, 2021-ci ilin sentyabrında Avropa anbarlarında qaz ehtiyatı uzun illərin ən aşağı səviyyəsinə enib. Ötən ilə nisbətən defisitin 20,5 milyard kubmetr olduğu təxmin edilir.

***

Avropada qazın qiyməti 1900 dollara çatıb.