Gecə 3-də meyiti tapıldı

gece-3-de-meyiti-tapildi
Oxunma sayı: 1010

Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Onun hansı səbəbdən vəfat etməsi rayon prokurorluğu tərəfindən araşdırılır.