Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
36 yaşlı Əsgərov Emin Yavər oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə, motosikletçi və sərnişini olan anası 68 yaşlı Əsgərova Xuraman Əminağa qızı həlak olublar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər