Avtomobil traktorla toqquşdu - Xəsarət alan var - Video

avtomobil-traktorla-toqqusdu
Oxunma sayı: 646

Göyçayda xəsarətlə nəticələnən yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün Göyçay-Ucar yolunun Çərəkə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Daewoo” markalı minik maşını digər hərəkətdə olan traktorla toqquşub.

DİN-dən verilən məlumata görə, nəticədə traktorun qoşqusu aşıb və qoşqunun içərisində olan Göyçay rayon Çərəkə kənd sakini, 37 yaşlı Əli Rəhimov xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev