Ayazın konsertində qorxulu anlar - Video+Yenilənib

ayazin-konsertinde-qorxulu-anlar
Oxunma sayı: 12788

Bu gün müğənni Ayaz Babayevin "Dəniz Moll" ticarət mərkəzində baş tutan konsertində təhlükəli anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, konsert zamanı fotoqraf Tariel Hüseynov hovuza yıxılıb.

Həmçinin oxuyun: Последнее воскресенье года на бульваре... - Фотосессия

Belə ki, fotoqraf boğulma təhlükəsi ilə üz-üzə qalıb. Mühafizə son anda onu xilas edib.

***

Baş verən hadisə ilə əlaqədar “Dəniz Moll” ticarət mərkəzi məlumat yayıb.

Ticarət Mərkəzindən “Qafqazinfo” ya verilən məlumata görə, tədbirin fotoqrafı konsert zamanı ehtiyatsızlıqdan suya düşüb.

“Mərkəzin mühafizəsinin ani müdaxiləsi nəticəsində fotoqraf sudan tez çıxarılıb. Hər şey qaydasındadır”, deyə bildirilib.

Hadisə ilə əlaqədar Ayaz Babayev instaqram hesabının hekayə bölməsində paylaşım edib.

O, qeyd edib ki, konsert çox uğurlu keçib.