“Azadlıq” meydanının bir hissəsi yenidən hasarlandı

azadliq-meydaninin-bir-hissesi-yeniden-hasarlandi
Oxunma sayı: 670

Milli.az-ın məlumatına görə, yeraltı avtomobil dayanacağının tikintisi üçün hər tərəfdən bir neçə ay əvvəl qazılımış meydanın bir hissəsi mayın əvvəlində açılmışdı. Hazırda isə “Neftçilər” prospektinin meydanın ərazisindən keçən hissəsi bağlanıb. Avtomobillər hərəkəti "Azadlıq" meydanını yeni açılmış hissəsində davam etdirir.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, hazırda bağlanmış ərazidə yeraltı dayanacaq tikintisinin davamı aparılır. Yeraltı dayanacağın bir hissəsində işlər görülüb və həmin ərazinin üstü tam bağlanıb. Hazırda hasarlanmış hissədə dayanacağın bir hissəsi tikilir.

Qeyd edək ki, iki mərtəbədən ibarət olacaq yeraltı dayanacaqda 2600 nəqliyyat vasitəsi yerləşəcək. Hər mərtəbənin sahəsi 32,5 min kv. metr, dayanacağın ümumi sahəsi isə 65 min kv. metr təşkil edəcək. Dayanacağa giriş-çıxış üçün 2 avtomobil və 2 piyada keçidləri olacaq. Keçidlər Hökumət Evinin hər iki tərəfinə və Azadlıq prospektinə çıxacaq.