AZAL təhlükəsizlik səbəbilə bu reysləri ləğv etdi

azal-tehlukesizlik-sebebile-bu-reysleri-legv-etdi
Oxunma sayı: 2661

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 13 iyuna planlaşdırılan bəzi reysləri ləğv edilib.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ləğv edilən resylər aşağıdakılardır:

- Bakı-Lahor-Bakı

J2 145/146

- Bakı-Mumbai-Bakı

J2 059/060

- Bakı-Dammam-Bakı

J2 8205/8206

AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.