“Azər -Türk Bank” və “YAŞAT” Fondu əməkdaşlıq sənədi imzaladı - Fotolar

azer-turk-bank-ve-yasat-fondu-emekdasliq-senedi-imzaladi
Oxunma sayı: 392

“Azər -Türk Bank” və “YAŞAT” Fondu arasında birgə əməkdaşlıq sənədi imzalanıb.

Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən sənəd “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov tərəfindən imzalanıb.

“Azər-Türk Bank” tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fonduna dəstək göstəriləcəyi sənəddə öz əksini tapıb.

Razılaşmaya əsasən, tərəflər Fondun şəhid övladları üçün “Bir uşaq - bir gələcək” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi “Azər-Türk Bank”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.