Azərbaycan Kuboku başladı

azerbaycan-kuboku-basladi
Oxunma sayı: 1493

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku start götürüb.

“Qafqazinfo” xəbər verir ki, Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Mərkəzinin yarış zalında açılış mərasimi keçirilib.

Azərbaycan Kubokunda 100-ə yaxın idmançı iştirak edəcək.

Yarışı Azərbaycan Ağırlıqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov açıb. O, bir neçə gün əvvəl Qətər Qran-prisində Dadaş Dadaşbəylinin çıxışından danışıb.

Daha sonra Azərbaycan Kuboku açıq elan edilib.

İlk yarış günündə 3 çəkidə qaliblər bəlli olub.

Qadınlar 45 kq:

1-ci yer: Samirə Rzayeva
2-ci yer: Aydan Rzayeva

Qadınlar: 49 kq
1-ci yer: Nazilə İsmayılova
2-ci yer: Türkanə Qənbərzadə

Qadınlar 55 kq
1-ci yer: Selcan Qarayeva
2-ci yer: Gülcahan Əliyeva
3-cü yer: Lalə Əzizli

Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku dekabrın 17-də başa çatacaq.