Azərbaycan süfrələrinin əvəzedilməz atributu - İsmayıllıdan “Aria” suları

azerbaycan-sufrelerinin-evezedilmez-atributu
Oxunma sayı: 3965

İsmayıllı Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biridir və bu rayonun yeraltı su yataqları öz mineral tərkibinə görə keçmiş SSRİ respublikaları arasında yaxşı tanınırdı. İsmayıllı, həm də uzunömürlülər diyarı kimi tanınır və mütəxəssislər bunun səbəblərindən biri kimi regionun su ehtiyatlarının zəngin mineral tərkibə malik olmasını göstərirlər. Bu baxımdan bir müddətdir Azərbaycanın ticarət şəbəkələrinin vitrinlərində öz yerini tutan və İsmayıllının yeraltı su yataqlarından götürülən “Aria” mineral suları süfrələrin əvəzedilməz elementlərindən birinə çevrilməkdədir. 

“Qafqazinfo” xəbər verir ki, Göyçayda yerləşən və geniş çeşiddə ekoloji təmiz məhsullar, o cümlədən nar şirələri, kompotlar, yüksək keyfiyyətli şərablar və digər içkilər istehsal edən “AzNAR” QSC-nin ticarət markası olan “Aria” sularının mənbəyi İsmayıllı Dövlət Qoruğunun ərazisində yerləşən “Nar Bulaq” artezianıdır.

“Aria” suları “AzNar” QSC-nin qazlı və qazsız sular, limonadlar istehsal edən, 2021-ci ildə istifadəyə verilmiş və 10 milyon dollara yaxın investisiya hesabına başa gələn, İtaliyanın “Ferrari” şirkətindən alınan ən qabaqcıl texnoloji avadanlıqlar əsasında qurulan istehsal sexində qablaşdırılır.

İsmayıllının təbiət qoruğundakı yeraltı su mənbəyindən götürülən su bu sexdə müasir təmizləmə texnologiyası əsasında təmizlənir, qablaşdırılmazdan əvvəl ultrabənövşəyi lampalar altında mikroorqanizmlərdən təmizlənir, əlavə olaraq ozonlaşdırılmaqla sterilizə edilir.

Şirkət suyun keyfiyyətini ölçmək üçün müntəzəm olaraq mikrobioloji analizlər aparır. İstehsal sexinin bütün avadanlıqları tam gigeyenik şəraitdə işləyir.

“Aria” sularının kimyəvi tərkibi Ümumdünya Səhiyyə Təşkilatının içməli suyun kimyəvi tərkibinə dair tövsiyə edilən optimal göstəricilərinə uyğundur. İstehsalçı şirkət suyun kimyəvi tərkibinin analiz edilməsi üçün yerli şirkətlə yanaşı nüfuzlu İtaliya şirkətinə də sifariş verib.

“Aria” sularının kimyəvi tərkibinə dair İtaliyanın CSTA Group şirkəti tərəfindən verilmiş sertifikatı təqdim edirik:

Eyni zamanda Azərbaycanda fəaliyyət göstərtən “Chemistry and Biology” şirkəti tərəfindən aparılan analizlər də “Aria” sularının tərkibinin içməli su keyfiyyətinə dair dünya standartlarına tam cavab verdiyini sübut edib. 

Qeyd edək ki, bu günlərdə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qablaşdırılmış içməli sularla bağlı aparılmış yoxlamaların nəticəsi barədə məlumat yayılmışdı. Həmin məlumatda “Aria” sularının 19.09.2022 il tarixli istehsal partiyasında mikrobioloji göstəricilərin uyğunsuzluğunun aşkar edildiyi bildirilirdi. Lakin “AzNar” QSC-nin törəmə şirkəti və “Aria” sularının satışını həyata keçirən “Aznar Distribution” MMC şirkətinin baş direktoru Rüfət Nağdəliyev bu məlumatı təkzib edib. O bildirib ki, AQTA tərəfindən tərtib edilən və press-relizlə birlikdə yayılan cədvəldə “Aria” sularının qarşısında “mikrobioloji göstəricilərdə uyğunsuzluq” ifadəsinin yer alması texniki xətadır. Çünki suyun mikrobioloji göstəriciləri standartlara uyğundur və müntəzəm olaraq aparılan analizlərlə nəzarətdə saxlanılır. Qida təhlükəsizliyinə cavabdeh struktur tərəfindən bu barədə onlara heç bir rəsmi irad olmayıb.

Qida Təhlükəsizliyi Agentliyi suyun etiketi ilə bağlı bir neçə ay əvvəl irad bildirmişdi, çünki hesab edilmişdi ki, butulkanın üzərindəki dağ rəsmi suyun mənbəyi olan “Nar Bulaq” artezianı ilə uyğunsuzluq təşkil edir.

“Biz bu iradı nəzərə aldıq və “Aria” sularını yeni etiketlə buraxmağa başladıq”, - baş direktor deyib.

“AzNar” QSC öz məhsullarını müəssisənin sahibi, Azərbaycanəsilli rusiyalı iş adamı Fərhad Əhmədova qarşı tətbiq edilən sanksiyalara qədər dünyanın 53 ölkəsinə ixrac edirdi. Müəssisə hazırda 20-yə yaxın ölkəyə məhsul ixrac edir, ixracyönümlü, ekoloji təmiz məhsullar istehsal etdiyi üçün keyfiyyət normalarına, o cümlədən “Aria” sularının keyfiyyətinə ciddi nəzarət edir.