Azərbaycan yığması Avropanın 5 ən zəifindən biridir

azerbaycan-yigmasi-avropanin-5-en-zeifinden-biridir
Oxunma sayı: 1376

AÇ-2020-nin seçmə mərhələsinə yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, E qrupunda qərarlaşan Azərbaycan millisi 8 oyuna 1 xal toplamağı bacardı.

Qələbəyə həsrət qalan Azərbaycan yığması seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan 5 millidən biridir.

Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino və Cəbəllütariq isə xalsızdır. Andorra, Moldova, Lixtenşteyn, Malta, Farer adaları, Latviya kimi seçmə komandalar Azərbaycandan daha yaxşı göstəricilərə malikdir.
Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 18 top buraxıb.

Azərbaycan millisi sonuncu dəfə AÇ-1996-nın seçmə mərhələsində 1 xal toplamışdı. Yığma komanda 20-ci əsrdəki antirekordu təkrarlayıb.
 
Azərbaycan - 1 xal, 5:18
Litva - 1 xal, 5:25
Estoniya - 1 xal, 2:26
Cəbəllütariq - 0 xal, 3:31
San Marino - 0 xal, 1:51.