Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu

azerbaycan-yigmasinin-ac-deki-reqibleri-belli-oldu
Oxunma sayı: 3761

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatının püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığmasının da qrupdakı rəqibləri bəlli olub. 

Belə ki, komandamız F qrupunda Fransa, İtaliya və Avstriya ilə mübarizə aparacaq. 

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər keçiriləcək.