Azərbaycanda gənc xanəndə vəfat etdi

azerbaycanda-genc-xanende-vefat-etdi
Oxunma sayı: 15879

Gənc azərbaycanlı xanəndə Tuqay İsmayılov vəfat edib.

Bu barədə "Qafqazinfo"ya kamança ifaçısı Pərviz Fərhadov məlumat verib. Xanəndənin dəqiq ölüm səbəbi açıqlanmasa da, bir həftəyə yaxındır ki, onun özünü narahat hiss etdiyi bildirilib. 1986-cı il təvəllüdlü müğənninin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb. 

Ehtimal edilir ki, T. İsmayılov koronavirusdan dünyasını dəyişib. 

Qeyd edək ki, müğənni yüksək səs diapazonuna görə son dövrlərdə populyarlıq qazanmışdı.