İstanbulda çökən binada ölənlərin sayı artdı

istanbulda-coken-binada-olenlerin-sayi-artdi
Oxunma sayı: 887

İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.

“Qafqazinfo” “TRT Haber” telekanalına istinadən xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri dayandırılıb.

Daha əvvəl dağıntılar altında qalmış 14 nəfərdən 10-nun xilas edildiyi, 2 nəfərin həlak olduğu bildirilirdi.

Qeyd edək ki, hadisə oktyabrın 8-i saat 05:40 radələrində Doğu küçəsində baş verib. Belə ki, qəza nəticəsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb.