Uzun illərdir Amerikada yaşayan keçmiş “Dəyirman” qrupunun solisti, reper Elmir Teymur Bakıya gəlib.
“Qafqazinfo” xəbər verir ki, ailəsi ilə birlikdə şəhər gəzintisinə çıxan ifaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, 2018-ci ildə “Greencard” qazanan E.Teymur ailəsi ilə bərabər ABŞ-yə köçüb. Onun bir qız və bir oğlan övladı var. ABŞ-də yaşasa da, musiqi fəaliyyətini davam etdirir, “Çəngəl EP”, “Qulaq Kəsən Elmir”, “Bəlkə” və “Buradan Ora” kimi treklər buraxıb.
Qeyd edək ki, “Dəyirman” qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib. Qrupda Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və Anar Abdulla olub. Qrup “Ya Qarabağ, Ya Ölüm”, “Sarı gəlin”, “Corc Buş haralıdır?” kimi hit mahnıları ilə Azərbaycan hip-hop tarixində iz qoyub.



Son xəbərlər
Son Xəbərlər